- İqtisadiyyat
- 19 Aprel 2015, 0:23
- 124
Yeni şirkətlərin 70%-i qondarmadır
Bu ilin I yarısında Azərbaycanda 1714 hüquqi şəxs yaradılıb və dövlət, bələdiyyə və özəl kommersiya şəxslərin sayı 1 aprel üçün 96,4 minə çatıb.
Dövlətstatkomun məlumatına görə, 3 ayda 24 dövlət, 32 bələdiyyə müəssisəsi yaradılıb, 43 dövlət müəssisəsi ləğv edilib. Bu il xarici kapitalın iştirakı ilə 147 şirkət təsis edilib.
Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslər barədə məlumatlarının analizi göstərir ki, yeni şirkətlərin 70%-i şübhəli əməliyyatlarda iştirak edən bir qrup şəxs tərəfindən yaradılır, sonradan ləğv edilir. Bu ilin I yarısında 130 subyekt, o cümlədən 87 özəl müəssisə komersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılıb. Onların 17-nin kapitalında əcnəbilər iştirak edib. 08D
-
- Siyasət
- 18 Aprel 2015 14:29
-
- İqtisadiyyat
- 19 Aprel 2015 00:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz