YHN-də ailənin aldığı xəsarətlərə görə 3 min manat kompensasiya verilib
İcbari Sığorta Bürosu 03 yanvar 2014-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvlərinə ağır və az ağır dərəcəli bədən xəsarətləri almaları ilə əlaqədar 3 min manat məbləğində kompensasiya verilib. Ödəniş poçt vasitəsi ilə 8 may 2014-cü il tarixində həyata keçirilib.
Əvvəllər məlumat verildiyi kimi, ISB ötən il yol-nəqliyyat hadisələri üzrə 54,391 min manat məbləğində 24 kompensasiya verib.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 15 üzvü var.
Büronun əsas funksiyası – kompensasiya ödəmələri həyata keçirmək və onların vasitəsilə bu kompensasiyaların ödəniləcəyi müəyyən maliyyə fondunu idarə etməkdir. Kompensasiyalar Büroya üzv olan sığorta şirkətləri müflisləşəcəyi təqdirdə ödəniləcək.
Büronun maliyyə vəsaitləri üzvlük haqlarından, hər icbari sığorta növlərinə dair zəmanət depoziti, həmçinin sığorta şirkətlərinin hər ay büroya köçürəcəyi icbari növlərə görə ümumi mükafatların həcminin 5%-dən formalaşır.
Büronun təsisçisi olmaq istəyən sığorta şirkətləri 200 min manat üzvlük haqqı ödəməlidir. --17D—
-
- Siyasət
- 12 May 2014 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz