Yüksək texnologiyalar parkı yaradılmasına start verildi
У Azərbaycan Prezidenti İlham Əliyev Superfosfat Zavodunun ərazisində Yüksək Texnologiyalar Parkının (YT Park) yaradılması haqqında fərman imzalayıb.
"YT Park"ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. RİTN cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi, müşahidə şurasının seçilməsi; inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi səlahiyyətinə malikdir.
RİTN inkişaf şöbəsinin rəisi İsfəndiyar Əliyev əvvəllər bildirmişdi ki, burada 15 müxtəlif profilli müəssisə olacaq.
Sonrakı 8 ildə burada müasir optik linzalar, şüşə və bazalt lif, məişət, istehsal və avtomobil akkumulyatorları, LED texnologiyalarla lampalar, nəzarət avadanlığı, invertorlar və s. istehsal ediləcək. Burada hazır texnologiyalarla yanaşı, yerli elmi-texniki baza əsasında inkişaf da nəzərə tutulur. --17D—
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 10:25
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 10:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz