Oktyabrda istehlak qiymətləri 0,7% artıb
Bu ilin oktyabrında Azərbaycanda rəsmi inflyasiya 0,7% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ərzaq məhsullarının qiyməti 1,5 faiz bahalaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiyməti sabit qalıb.
Oktyabrda ölkədə un, çörək, mal və qoyun əti, toyuq əti, təzə balıq və yumurtanın qiyməti bahalaşıb. Həmçinin bəzi meyvə (portağal, banan, armud, üzüm) və tərəvəzin (xiyar, pomidor, bibər, badımcan, çuğundur, kök, sarımsaq, kartof) qiyməti bahalaşıb.
DSK oktyabrda bəzi yeyinti məhsullarının (qarabaşaq yarması, kərə və bitki yağları, şəkər və şəkər tozu), həmçinin mövsüm meyvə (limon, naringi, alma, heyva, nar) və tərəvəzin ( kələm, soğan, göyərti) qiymətlərində ucuzlaşma qeydə alıb.
Bu ilin aprelindən avqusta kimi ölkədə deflyasiya müşahidə olunub. Sentyabrda rəsmi inflyasiya 0,6% təşkil edib. 08В
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 10:14
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 10:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz