Yumşaq iqlimə görə elektrik enerjisi istehsalı 6% azalıb
"Azərenerji" ASC 2016-cı ilin I yarısında 10,8 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edib.
2015-ci ilin eyni dövründə bu göstərici 11,5 milyard kilovatsaat olub. Beləliklə, azalma 6,1% təşkil edir.
Bu ilin iyun ayında ölkə enerji sistemində 1,6 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Azalmaya iqlim amili təsir edib. Bu il qış daha mülayim keçib. İyun ayında isə havalar o qədər də isti keçməyib.
2015-ci ildə "Azərenerji" ASC 22,5 milyard kilovatsaat elektrik enerjisi istehsal edib.—12D--
-
- İqtisadiyyat
- 11 İyul 2016 11:25
-
- İqtisadiyyat
- 11 İyul 2016 11:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz