Yunanıstan TAP boru kəmərində pay almaq istəyir
Afina TAP ( Trans Adriatic Pipeline) qaz kəmərində pay, qazın tranzitinə görə illik ödəniş və Azərbaycandan idxal olunan qazın qiymətinin azaldılmasını istərdi. Bu barədə Yunanıstan KİV ölkənin Energetika Nazirliyindəki mənbələrə isnadən bildirib.
Çərşənbə günü nazir Panayotis Lafazanis “Cənub” qaz dəhlizi üzrə Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bu gün o, prezident İlham Əliyevlə, TAP-ı inşa edən şirkətlər konsorsiumunun iştirakçıları ilə görüşüb. Görüş zamanı Yunanıstanın yeni hökumətinin tələbləri müzakirə olunub.
Nazirin Bakı səfərində müzakirələrin başqa bir mövzusu da DESFA milli qazpaylaşdırıcı şirkətin taleyi olacaq. Məlum olduğu kimi, Yunanıstann yeni hökuməti Azərbaycanın DESFA şirkətini alması haqda əldə olunmuş razılaşmanın əleyhinə çıxıb.
Hökumətdəki mənbələr bildiriblər ki, Afina əvvəl danışıldığı kimi şirkətin 66%-ni deyil, 49%-dən çox olmamaqla satmağa hazırdır. -12D-
-
- İqtisadiyyat
- 12 Fevral 2015 08:05
-
- Siyasət
- 12 Fevral 2015 10:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz