Vergi mədaxili 12,1% azalıb
2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685 miyon 899,4 min manat vəsait daxil olub. Bu, bir il əvvəlikindən 94 mln 452,8 min manat azdır. Əsas ixrac məhsulu olan neftin ucuzlaşması ölkənin vergi gəlirlərinə də təsir edib.
Amma Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin məlumatında deyilir ki, vergi proqnozu 3,3% artıqlamasilə yerinə yetirilib.
Bu məbləğin 44,6 faizi mənfəət vergisinin (2014-cü ilin yanvarında 48,9%), 24,7 faizi (21,2%) əlavə dəyər vergisinin, 9,5 faizi fiziki şəxslərin gəlir vergisinin (8,2%), 7,8 faizi aksizlərin (9,1%) payına düşür.
Qeyri-neft-qaz sektoru vergilərin 50,2%-i (340,7 mln manat) təmin edib. 2014-cü ilin yanvarında onun xüsusi çəkisi 42,4% olub.
Qeyd edək ki, Vergilər Nazirliyi bu il dövlət büdcəsinə 7 mlrd 112 min manat vergi və rüsum təmin etməlidir. Bu, 2014-cü ildəkindən 10 mln manat çoxdur. --08D—
-
- İqtisadiyyat
- 12 Fevral 2015 07:57
-
- İqtisadiyyat
- 12 Fevral 2015 10:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz