BankAvrasiya necə sağ qaldı
«BankAvrasiya» ASC ötən ilin sonunda nizamnamə kapitalını iki dəfə artıran şirkətlərdəndir. Digər formal göstəricilər yüksək deyil, kənardan kapital cəlbi də bunu göstərir.
Bankdan verilən məlumata görə, 1 yanvar üçün aktivləri 17,6% artaraq 95 mln 878,8 min manata çatıb .
Kredit portfeli 58 mln 571,4 min manat (+8,6%), əmanətlər (mənfi 20%) 16 mln 37 min manat olub. Öhdəliklər 44 mln 446,3 min manat (mənfi 24%) təşkil edir.
Bankın kapitalı 51 mln 432,5 min manat (artım 2,2 dəfə), nizamnamə kapitalı50 mln manat (artım 2,3 dəfə) olub.
Bank mənfəətsiz işləyib. Xalis ziyanı 9,3 min manatdır.
«BankAvrasiya» 2007-ci ildə fəaliyyətə başlayıb. Təsisçiləri «Evro Standard» (37,5%), «Qalaktik» (37,5%) və «Azbizneskom» MMC-dir (25%). «Evro Standart» «ailə biznesinin» bir hissəsidir. Ünvanı Səməd Vurğun küç., 7 – 3-dür. Bank camiəsi «Bank Avrasiya»nı Araz Ağalarovun strukturu kimi qəbul edir. --17D—
-
- İqtisadiyyat
- 12 Fevral 2015 07:53
-
- İqtisadiyyat
- 12 Fevral 2015 08:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz