İdarə Heyətinin sədri şirkətə ziyan vurub
«Astara Kredit Ittifaqı»nın rəhbəri şirkətə on minlərlə manat ziyan vurub.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə, şirkətin İH sədri Osman Nəzərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. O, ipoteka müqavilələri əsasında ayrı-ayrı şəxslərin əmlakını müxtəlif kredit təşkilatlarında və banklarda yüklü edərək mülkiyyət hüquqları ilə bağlı mənafelərinə mühüm zərər vurub.
Belə ki, vətəndaşların əmlakını “İcraçı Kredit Agentliyi” MMC-də ipoteka ilə yüklü edərək aşağı faizlə görürdüyü 160 min 160 manat məbləğində kreditin 76 min 700 manatını rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənimsəyib.
Həmçinin belə fırıldağı “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialında da həyata keçirib. O, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin adına qrup halında götürülmüş 39 min 400 manat məbləğində kreditin 17 min manatını banka ödəməyərək ələ keçirib.
Nəzərov eyni zamanda 4,6 min manat vergidən yayınıb. Ona Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham elan edilib. İstintaq zamanı vurulmuş ziyanın bir hissəsinin ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. --17D—
-
- İqtisadiyyat
- 12 Fevral 2015 07:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz