Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyində korporativ idarəetmənin əsaslarına həsr edilmiş təlim keçirilib. Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Nazirliyin mətbuat xidmətində Turan-a deyiblər ki, cəmi 8 tematik seminar keçiriləcək.
Özəl və dövlət müəsisələrində korporativ idarəetmənin inkişafı üzrə tədbirlər görmək funksiyası İqtisadiyyat və Sənaye Nazirliyinə verilib. Amma qurum bu işin öhdəsindən gəlmir. Çünki bu prinsiplərin tətbiqi icbari deyil.
Korporativ idarəetmə prinsiplərinin tətbiqi «2012-2015-ci illərdə korrupsiya ilə mübarizə üzrə milli fəaliyyət planı»nda nəzərdə tutulub. Bu dövrdə nazirlik Korporativ İdarəetmə Standartlarını, “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”, Korporativ Etika Məcəlləsini təsdiq edib.
Əvvəlki tədqiqatlara əsasən, Azərbaycanda korporativ standartlara banklar, sığorta və lizin şirkətləri daha çox uyğun gəlir. Bir çox dövlət müəssisələrinin idarəetmə sistemi korporativ idarəetmənin milli standartlarına uyğun gəlmir. Onların çoxunun korporativ saytı yoxdur, maliyyə hesabatını açıqlamır. 08D
-
- Siyasət
- 12 Fevral 2015 00:57
-
- İqtisadiyyat
- 12 Fevral 2015 07:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz