Yunited Kredit Bank elan edilmiş səhm emissiyasının 5,7%-i yerləşdirib
"Yunited Kredit Bank" ASC-nin ümumilikdə 2 mln manat məbləğində səhmləri Bakı Fond Birjasında yerləşdirib.
Bu ilin fevralın sonunda 2 min manat nominalda 17,5 min sadə sənədsiz adlı səhmlərin emissiyası dövlət qeydiyyatından keçib. Birjanın məlumatına görə, bütün səhmlər iki anlaşma (iki investor) çərçivəsində reallaşdırılıb.
Anderrayter xidmətini "Chelsea Sapital" MMC göstərir. Bu günə 5,7% (2 mln manat) elan olunmuş emissiya yerləşdirib. Qanunvericiliyə əsasən, yarısı yerləşdirildiyi halda emissiya baş tutmuş hesab olunur. Beləliklə ödənilmiş nizamnamə kapitalı 22,11 mln manata çatıb.
Bankın əsas səhmdarı (kapitalda 88,78% iştirakla) "United Buziness co." MMC-dir. Səhmlərin digər hissəsi iki fiziki şəxs arasında bölüşdürüb. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz