Zakir Babayev Dövlət Sosial Müdafiə Fonduna yeni direktor təyin edilib
Zakir Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə iyulun 13-də əmək və əhalinin sosial müdafiəsi naziri əmr imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Z.Babayev 1951-ci ildə anadan olub. O 1993-cü il yanvarın 12-dən Dövlət Sosial Müdafiə Fondunun sədr müavini işləyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bu il martın 18-dən Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.
Dövlət Sosial Müdafiə Fondunun martın 18-dək sədri Elman Mehdiyev olub. Elman Mehdiyevin vəzifədən kənarlaşdırılmasının səbəbləri barədə məlumat verilmir. -03D-
-
- İqtisadiyyat
- 13 İyul 2016 16:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz