4362 hüquqi şəxs qeydiyyatdan keçib
2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 4362 hüquqi şəxs, eləcə də onların nümayəndəlik və filialları qeydiyyatdan keçib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət qeydiyyatından keçən şirkətlərin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 29,7% artıb.
Regionla bölgüdə yeni müəssisə və təşkilatların 63,1% Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyatdan keçib.
Müstəqil araşdırmalara əsasən, bir çox müəssisələr naməlum şəxslər tərəfindən dövlət satınalmalarında iştirak üçün yaradılır. Eyni şəxs onlarla, hətta yüzlərlə şirkətə rəhbərlik edir. Belə şirkətlər əsasən kəndlərdə yaradılır.
Naxçıvan MR istisna təşkil edir. Orda belə şirkətlər praktik olaraq yoxdur. Bu il Naxçıvanda 10-dan az hüquqi şəxs yaradılıb. Doğrusunu desək, NMR-da tender prosedurlarının nəticələri də açıqlanmır. 08
-
- İqtisadiyyat
- 13 İyul 2016 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz