Sənaye istehsalı 0,6% artıb
2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye istehsalının həcmi 14 mlrd 750 mln manat olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 0,6% çoxdur, deyə Dövlət Statistika Komitəsi bildirir.
Qeyri-neft sənaye istehsalının həcmi I yarımildə 2,4% artıb. Neft sektorunda artım 0,4% təşkil edib.
İlin əvvəlindən yeyinti məhsulları istehsalı 4,5%, siqaret istehsalı 17,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 5,5%, hazır metal məmulatlarının istehsalı 9,4% elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə artıb.
Emal sektorunda ayrı-ayrı məhsulların istehsalında azalma olub: içkilərin istehsalı 8,2%, geyim istehsalı 4,2%, , dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 76,4%, kimya sənayesi məhsullarının istehsalı 16,1%, tikinti materiallarının istehsalı 23,5% və s azalıb. 08D
-
- Siyasət
- 13 İyul 2016 15:31
-
- İqtisadiyyat
- 13 İyul 2016 16:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz