Ziraat Bank Azerbaycan 50 mln. manat nizamnamə kapitalı ilə start götürür
Azərbaycanın ən gənc bankı yerli maliyyə bazarında 50 mln. nizamnamə kapitalı ilə start götürür. Söhbət "Ziraat Bank Azerbaycan" ASC-dən gedir (Türkiyənin böyük "Ziraat Bankası"nın filialı).
Dünən Dövlət Qiymətli Kağızlar Komitəsində (DQKK) bu məbləğdə emissiya qeydiyyata alınıb. Bu qurumun ilkin səhmlər emissiyası prospekti aprelin 2-də qeydiyyata alınıb. Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 50 min səhmə bölünüb.
İmkanlardan göründüyü kimi, fond birjası bu günlərdə qiymətli kağızların ödəndiyini qeyd edəcək.
Xatırladaq ki, AR Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə tam həcmdə bank fəaliyyəti üçün lisenziya verib. --17D—
-
- Siyasət
- 6 Aprel 2015 15:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz