Sığorta şirkətlərinin üzərinə iddiaçılara pul ödəmək öhdəliyi qoyulacaq
AR Maliyyə Nazirliyi sığorta şirkətlərinin sığortaçılara ödənişdən yayınması hallarının araşdırılması üzrə komissiya yaradıb. Bu barədə Sığorta Agentliklərinin III Milli Forumu çərçivəsində Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov bildirib.
Onun sözlərinə görə, bu addım üçün ölkənin Prezident Administrasiyasından dövlət başçısının imzaladığı məktub əsas olub. Məktubda əhalinin onlara düşən sığorta ödənişlərinin verilməsindən imtina haqqında şikayətlərin artdığı qeyd edilir. Dövlət Xidməti bu şikayətləri təhlil edib və şikayətlərin 20%-nin əsaslı olduğunu müəyyən edib.
Komissiyanın rəhbəri olan İsrafilov qeyd edib ki, yaxın gələcəkdə 7 sığorta şirkəti ilə görüş keçiriləcək. Bundan başqa, komissiya çərşənbə günləri sığorta şirkətlərindən şikayəti olan vətəndaşların qəbulunu təşkil edir, bir neçə ay sonra isə komissiyanın fəaliyyətinə yekun vurulacaq, bundan sonra onun gələcək taleyi haqqında qərar qəbul ediləcək.
Xatırladaq ki, 2013-cü ildə dövlət xidmətinin müdaxiləsindən sonra iddiaçılara 700 min manat, ötən il isə 500 min manatdan çox ödəniş təmin edilib. --17D—
-
- İqtisadiyyat
- 6 Aprel 2015 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz