ADIF “Bank Standard”ın əmlaklarını hərraca çıxarır
ADIF “Bank Standard”ın əmlaklarını hərraca çıxarır
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “bank Standard”ın daşınmaz əmlaklarını açıq hərraca çıxardığını elan edib.
Bu barədə Fondun internet səhifəsində bildirilir.
Məlumatda deyilir ki, satış avqustun 12-si “Bakı Hərrac Mərkəzi”ndə olacaq. Alıcılara Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261/b4 ünvanında yerləşən, ümumi sahəsi 197 kv.m olan qeyri-yaşayış sahəsi və Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9 ünvanında yerləşən, ümumi sahəsi 678,5 kv.m olan qeyri-yaşayış binası təklif olunacaq. Əmlaklara müvafiq olaraq 450 min manat və 485 min manat qiymət qoyulub.
-
- Maliyyə
- 25 İyul 2024 11:09
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz