![Azərbaycanın üzvü olduğu bank 9 milyard avroya yaxın kredit verib](https://turan.az/resized/news/2024/ytv5o0B9I0E3C4vSYz8tXgSoSwGSKsQ3BTmbh6u0-750-500-resize.webp)
Azərbaycanın üzvü olduğu bank 9 milyard avroya yaxın kredit verib
Azərbaycanın üzvü olduğu bank 9 milyard avroya yaxın kredit verib
Azərbaycanın üzvü olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankı (Black Sea Trade and Development Bank – BSTDB) fəaliyyətdə olduğu 25 il ərzində 8,8 milyard avrodan çox kredit verib.
Bunu Maliyyə Nazirliyi Bankın Rəhbərlər Şurasının Türkiyənin İstanbul şəhərində keçirilmiş 26-cı İllik Toplantısının yekunları barədə yaydığı mlumatda bildirib.
Toplantıda əvvəlcədən deyildiyi kimi, Şuranın üzvü, nazir Samir Şərifov da iştirak edib. Tədbirdə qeyd olunub ki, BSTDB regional və qlobal çətinlikləri, iqtisadi böhranları dəf edərək əhəmiyyətli maliyyə təsisatı kimi dayanıqlılıq nümayiş etdirib, özəl və dövlət sektorlarından yüzlərlə müştərisinə dəstək verib. Bankın investisiyaları üzv ölkələrin iqtisadiyyatlarındakı mühüm sektorlarda, o cümlədən istehsal, infrastruktur, enerji, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı və maliyyə sahələrində əhəmiyyətli irəliləyişlərə yol açıb.
Toplantıda BSTDB-nin İdarə Heyəti 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsini təsdiqləyib. Bildirilib ki, 2022-2024-cü illərdə yaranmış regional gərginliklərdən, müharibə və onun yaratdığı çətinliklərdən sonra Bank 2022-ci ildən əvvəlki uğurlu iş modelinə – sabit və ölçülü artıma qayıtmağı hədəfləyir.
Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən BSTDB-ni 1997-ci ilin yanvar ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna yaradıb. Bank iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların qoyulmasə, zəmanətlərin verilməsi və ticarətin maliyyələşdirilməsində iştirak edir.
-
- Maliyyə
- 10 Dekabr 2024 10:27
Maliyyə
-
Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” şirkətinə xəbərdarlıq edib.
-
Fevralın 11-də Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərin açılış sessiyası keçirilib.
-
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası”nın üzvləri ilə görüşüb.
-
Bu gündən “Legion Financial” səhmdar cəmiyyətinin (lizinq xidmətləri göstərir) AZ1001025464 ISIN kodlu, 605 min manatlıq adi, sənədsiz, adlı səhmlərinə abunə yazılışı başlayıb.
Rəy yaz