
Sevinc Vaqifqızı ABŞ Dövlət Departamenti tərəfindən mükafatlandırılan 10 korrupsiyaya qarşı mübarizə çempionundan biridir
Bazar ertəsi Amerika Birləşmiş Ştatları qanunsuz olaraq həbs olunmuş azərbaycanlı jurnalist Sevinc Vaqifqızını dünyada korruspiyaya qarşı mübarizə üzrə 10 çempiondan biri kimi mükafata layiq görüb. Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, onlar "öz vətəndaşları üçün daha ədalətli və şəffaf dünya yaratmağa imkan verən islahatlara və tədqiqatlara rəhbərlik ediblər və ya onların tərəfdarı kimi çıxış ediblər". Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
"Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı hökumətin sui-istifadələrinin ifşasına on ildən çox vaxt sərf edib. O, həmçinin bu gün bizimlə olmayan yeganə laureatdır", deyə Blinken Dövlət Departamentində mükafatların təqdim olunması mərasimində bildirib.
Abzas Media nəşrinin baş redaktoru, yüksək səviyyədə korrupsiyanı ifşa edən məşhur araşdırmaçı jurnalist Vaqifqızı ötən ilin noyabr ayında Bakıda həbs edilib.
"İndi, bir il sonra o, hələ də həbsdədir", deyə Blinken bildirib.
Daha sonra o, əlavə edib: "Sevinc həbsindən əvvəl belə yazmışdı: "Mən artıq qorxu hiss etmirəm. Nə edə biləcəklərini bilirəm... Bu, məni dayandırmır. İnsanlar üçün faydalı olmaq daha vacibdir... insanların bizə ehtiyacı var".
Dövlət Departamenti 2021-ci ildə korrupsiyaya qarşı mübarizədə böyük addımlar atan insanları göstərmək və ABŞ-ın onlarla həmrəy olduğunu nümayiş etdirmək üçün "Korrupsiyaya qarşı mübarizə çempionları" mükafatını təsis edib.
Bu ilin laureatları arasında jurnalistlər, hüquq müdafiəçiləri, hakimlər və hətta ciddi institusional dəyişikliklərə şərait yaradan dövlət məmurları var.
"Biz hesabatlılıq, qanunun aliliyi, şəffaflıq və mətbuat azadlığı uğrunda mübarizə aparan hər kəsə hörmət edirik", deyə Blinken bildirib.
Digər laureatlar Kolumbiyadan Xorxe Mora Kortes, Nepaldan Matrika Daxal, Albaniyadan Altin Dumani, Ermənistandan Srbuxi Qalyan, Livandan Karl İrani, Qambiyadan Marr Nyanq, Panamadan Xavyer Enrike Karaballo Salazar, Qazaxıstandan Didar Smaqulov və Uqandadan Cimmi Spayr Ssentonqodur.
"Onların hər biri həmvətənləri və bütün dünya vətəndaşları üçün faydalı olmaq üçün çətin seçim edib. Biz onların səyləri və sizin sizlərin səyləri sayəsində daha yaxşı olduq", deyə Blinken qeyd edib.
Blinkenin çıxışından sonra ABŞ dövlət katibinin köməkçisinin baş müavini Şelbi Smit-Uilson Sevinc Vaqifqızını Azərbaycanda korrupsiyanın ifşası üzrə fədakar fəaliyyətinə görə korrupsiyaya qarşı mübarizə çempionu adlandırıb.
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
Rəy yaz