“Bank of Baku” 9 ayda 20 milyon manat xalis mənfəət əldə edib
“Bank of Baku” 9 ayda 20 milyon manat xalis mənfəət əldə edib
“Bank of Baku” 2024-cü ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Bank 9 ayda 20 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% azdır.
Bu il oktyabrın əvvəlinə “Bank of Baku”nun aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 12,6% çox - 919,5 milyon manat, o cümlədən xalis kredit portfeli 19,1% çox - 690,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 769,8 milyon manat (13,4% çox), o cümlədən depozit portfeli 571,3 milyon manat (26,5% çox), balans kapitalı isə 149,7 milyon manat (8,6% çox), o cümlədən nizamnamə kapitalı 52,9 milyon manat (dəyişməyib) olub.
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz