Bank Respublika onlayn kreditlərə 10% endirim tətbiq edir
Bakı, 19 sentyabr 2019.
Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika, müştəriləri üçün "10line kredit - 10% endirim" adlı kredit kampaniyasına start verir.
Kampaniya çərçivəsində "Bank Respublika"dan kredit götürmək həm RAHAT, həm də SƏRFƏLİ olacaq!
Belə ki, dekabr ayının 31-dək "Bank Respublika"nın rəsmi saytından və facebook səhifəsindən Nağd pul kreditlərini onlayn sifariş edən müştərilər 10% ENDİRİM əldə edə biləcək.
"Bank Respublika"da nağd kreditin onlayn sifariş etməyin digər üstünlükləri də var:
* Növbəsiz və tez bir zamanda rəsmiləşdirmə
* Maksimal məbləğ - 30.000 AZN-dək
* Müddət - 36 ayadək
* Sığorta xərci yoxdur
Bundan başqa, Bankın "Möbil Şöbə" əlavəsindən istifadə etməklə Siz, "Avtoödəniş" xidmətinə qoşularaq hər ay müvafiq tarixdə kredit və digər xidmətlər üzrə etdikləriniz ödənişləri vaxt itirmədən avtomatik həyata keçirə biləcəksiniz.
Vaxtınıza və pulunuza qənaət edin, krediti Bank Respublikadan onlayn sifariş edin!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz