“Cüzdan” lisenziya alıb
“Cüzdan” lisenziya alıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “Cüzdan” şirkətinə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Bu barədə AMB-nin internet səhifəsində bildirilir.
Məlumatda deyilir ki, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.
AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal", "K Group", “Greentek Group”, "GoldenPay", “Mpay” və “Payriff” şirkətlərinə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus”, “Cibpay”, “Fizza Pay” və “Kabox” şirkətlərinə ödəniş təşkilatı, “Azərikard” prossesinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 22-yə çatıb.
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz