Regional bankla regional sığortaçının ali rəhbəri eyni adam olacaq
Bakı/04.02.22/Turan: “Naxçıvan Bank”ın Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov Bankın 100% törəməsi olan “Naxçıvan Sığorta” şirkətinin Direktorlar Şurasına da rəhbərlik edəcək.Bu barədə regional sığortaçının internet səhifəsində bildirilir.İndiyə qədər şirkətin ali rəhbəri İsa İsayev olub. O, bundan sonra Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərəcək. İ.İsayev həm də regional bankın İdarə Heyəti sədrinin I müavinidir. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz