Teymur Mirzəyev ortada durur.
“Qaya”nın yaradıcısı Teymur Mirzəyev vəfat edib
Bakı/28.09.21/Turan: Mədəniyyət Nazirliyi xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb. “Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Məşhur “Qaya” vokal kvartetinin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib”, - nekroloqda bildirilir.
Teymur Mirzəyev 1936-cı ildə anadan olub, Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib.
Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.Teymur Mirzəyev 1993-cü ildə xalq artisti adına layiq görülüb.
1998 ildən Teymur Mirzəyev İsraildə yaşayırdı. -0-
-
- Maliyyə
- 28 Sentyabr 2021 11:20
Mədəniyyət
-
İqlim dəyişikliyinin təsirləri getdikcə artan bir dünyada, incəsənət gözlənilməz, lakin güclü bir platforma olaraq ortaya çıxaraq ekoloji məsuliyyət barədə məlumatlandırma və müzakirələrə təkan verir. Bu təşəbbüslərdən biri də hazırda Goethe-Institutun dəstəyi ilə Kapellhausda nümayiş olunan “Başqa bir iqlim növü” adlı sərgidir. Bu sərginin zamanlaması təsadüfi deyil və 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı — COP29 ilə üst-üstə düşür. Sərgi, yerli və beynəlxalq perspektivləri birləşdirərək tamaşaçılara vacib ekoloji məsələlər barədə düşünməyi təklif edir.
-
Şəhərin hərarəti və müasir həyatın səs-küyü arasında, təbiətin də bir səsi olduğunu tez-tez unuduruq. Lakin rəssam Elnarə Nəsirli, "Meşənin Pıçıltısı - Səsin Sehri" adlı son sərgisi ilə təbiətin nəbzini və mesajını bizə xatırlatmaq istəyir. Hazırda "Gazelli Art House"-da nümayiş olunan bu multidisiplinar sərgi izləyiciləri meşənin ürəyinə daha yaxınlaşdırır; hər bir yarpaq xışıltısı, hər bir pıçıltı həyatla dolu görünür.
-
Dünya, təcili ekoloji çağırışlarla üzləşdiyi bir dövrdə, təbii resursların qorunması artıq ölkələri birləşdirən ortaq dəyərə çevrilib. Əvvəllər sadəcə müzakirə mövzusu olan ekoloji mühafizə indi demək olar ki, hər qlobal tədbirin diqqət mərkəzindədir.
-
İqlim dəyişikliyinin sürətləndiyi, qlobal temperaturun artdığı və bir çox növün məhv olduğu bir dövrdə, dünyanın müxtəlif ölkələri ətraf mühiti qorumaq üçün daha təsirli tədbirlər görməyə məcbur olur. Bu artan şüurlanma bir çox ölkəni təbiətin qorunması layihələrinə əhəmiyyətli maliyyə vəsaiti ayırmağa vadar edib. Meşələrin bərpasından heyvanların qorunmasına qədər ekoloji təşəbbüslər artıq inkişaf layihələrinin əsas hissəsinə çevrilib.
COP29 necə keçir? Gələnlər, gəlməyənlər, qərarından geri dönənlər...- Natiq Cəfərli Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:30
- 119
Rəy yaz