17 noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür
Bakı/17.11.17/Turan: Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.
Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb.
Sovet imperiyasının anti-Azərbaycan siyasəti nəticəsində 1988-ci ildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovulub. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədilib. O zamandan başlanan Dağlıq Qarabağ münaqişəsi hələ də davam edir.
Beləliklə, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı, Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.
Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb.
Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.
Bayram Günü dövlət səviyyəsində geniş qeyd edilməsə də, xalq hərəkatının davamçıları bu günün təmtəraqını yaşamaqdadırlar. -03D-
Siyasət
-
Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş çərçivəsində noyabrın 26-da Almaniyadan 37 Azərbaycan vətəndaşı geri qaytarılıb.
-
Bakı-Qazax avtomagistralının Tovuzdan keçən hissəsində qəza qeydə alınıb. Avtomobillərin toqquşması nətisində altı nəfər aldığı xəsarətdən dünyasını dəyişib.
-
Rəsmi Bakı Polşa prezidenti Ancey Dudanın Ermənistana rəsmi səfəri zamanı Azərbaycanla sərhədə getməsini pisləyib.
-
Times of India nəşrinin məlumatına görə, Pinaka raket sistemlərinin ilk partiyası Ermənistana göndərilib.
Rəy yaz