ABŞ İranın barəsində "sözlərə görə yox, hərəkətlərə görə" mühakimə yürüdəcək
ABŞ İranın barəsində "sözlərə görə yox, hərəkətlərə görə" mühakimə yürüdəcək
ABŞ İranın siyasətini “onun hərəkətlərinə” görə qiymətləndirəcək, amerikalıları "qardaş" adlandıran və "düşmənçiliyə son qoymağa" çağıran yeni prezident Məsud Pezeşkianın sözlərinə görə yox, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Əlbəttə, biz İran xalqına böyük rəğbət bəsləyirik. Xalqlarımız arasında kolossal əlaqələr mövcuddur... Amma bunu İranda hökm sürən rejim haqqında demək olmaz. Odur ki, biz onların hərəkətlərinə görə mühakimə yürüdəcəyik, sözlərinə görə", - brifinqdə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
Əgər Pezeşkian ABŞ və ya digər ölkələrlə qardaşlıq nümayiş etdirmək istəsəydi, "bu, terror qruplarını silahlandırmağa və təşviq etməyə, nüvə eskalasiyasına son qoymaq demək olardı; bu, siyasi opponentlərin qətlinə , Rusiyaya raket və pilotsuz uçan aparatların verilməsinə və öz xalqının hüquqlarının pozulmasına son qoymaq demək olardı", - Miller deyib.
-
- Maliyyə
- 18 Sentyabr 2024 12:18
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz