Açiq mənbələrdən foto.
ABŞ kəşfiyyatı: Ukraynada 7 mindən çox rusiyalı hərbçi həlak olub
Bakı/17.03.22/Turan: Fevralın 24-dən Ukraynada gedən müharibədə 7000-dən çox rusiyalı hərbçi həlak olub, bu barədə “The New York Times” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Bu, 20 il ərzində İraq və Əfqanıstan müharibələrində həlak olan amerikalı əsgərlərin sayından çoxdur.
Həmin mənbənin məlumatına görə, 14 mindən 21 minədək rus əsgəri yaralanıb. Ümumilikdə, Rusiya tərəfdən müharibədə 150 mindən çox hərbçi iştirak edir.
Pentaqondakı mənbələr hesab edirlər ki, itkilərin sayının artması Rusiya ordusunun döyüş ruhuna təsir göstərə bilər.
Rusiya Müdafiə Nazirliyi həlak olanlar barədə bir dəfə - martın 2-də məlumat verərək 498 hərbçinin və daha öncə 1597 nəfərin həlak olduğunu etiraf edib.
Öz növbəsində, Ukrayna tərəfi 13 mindən çox rusiyalı hərbçinin həlak olduğunu bildirib. Onların arasında ən azı 4 general var. Ukrayna hərbçilərinin itkisi 1300 nəfərdir. -02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz