Ağ Ev Baydenlə Əliyevin görüşü barədə
Ağ Evin mətbuat xidməti martın 31-də ABŞ-ın vitse-prezidenti Co Baydenlə Azərbaycan prezidenti İlham Əliyevin görüşünün yekunlarına dair məlumat yaylb.
“Tərəflər təhlükəsizlik, terrorizmə qarşı mübarizə, “Cənub” qaz dəhlizinin reallaşması məsələlərini müzakirə etdilər.
Vitse-prezident bu yaxınlarda vətəndaş fəallarının və hüquq müdafiəçilərinin həbsdən buraxılmasını alqışlayaraq Azərbaycanda qanunun aliliyinə və iqtisadi inkişafa nail olunması üçün bu sahədə gələcək addımların atılmasına çağırıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Bayden zorakılığın artmasından narahatlığını bildirib və tərəfləri dialoqa çağırıb. O, regionun təhlükəsizliyi və çiçəklənməsi üçün uzunmüddətli nizamlanmanın əhəmiyyətini qeyd edib”, - məlumatda deyilir.-02D-
-
- İqtisadiyyat
- 1 Aprel 2016 18:15
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
Rəy yaz