Ankara və Aşqabad arasında Transxəzər qaz kəmərinin inşası müzakirə olunub
Bakı/09.11.18/Turan: Azərbaycan, Türkmənistan və Türkiyə tarixi "İpək yolu"nun dirçəlməsində əsas rol oynayırlar. Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Aşqabadda türkmənistanlı həmkarı Rəşid Meredovla görüşündə bildirib.
"Türkmənistanlı həmkarım ilə "İpək yolu"nun dirçəlməsi, dəmir yollarının inşası, Transxəzər qaz kəmərinin tikintisi vasitəsilə və sonradan Transanadolu qaz kəmərinə (TANAP) çıxmaqla Türkmənistan qazının Avropa bazarlarına nəqli imkanlarına dair məsələlər müzakirə olundu", - "Anadolu" agentliyi M.Çavuşoğludan sitat gətirib.
Nazir bildirib ki, Türkiyə noyabrın sonlarında Türkmənistanda keçiriləcək nəqliyyat üzrə regional konfransda iştirak etməyi planlaşdırır.
O deyib ki, türkmənistanlı həmkarı ilə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Türkmənistana qarşıdakı səfərini və Türkmənistan, Azərbayan, Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyünü müzakirə edib.
Görüşün yekunlarına əsasən XİN rəhbərləri 2019-2020-ci illərdə Türkiyə və Türkmənistan xarici siyasət idarələri arasında əməkdaşlıq proqramı haqda sənəd imzalayıblar. -02D-
-
- Böyük Şərq
- 9 Noyabr 2018 12:56
-
- Söz istəyirəm
- 9 Noyabr 2018 13:30
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz