Son yenilənmə

(10 d. əvvəl)
Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin jurnalisti və “Azərbaycan saatı” adlı on-line verilişin əməkdaşı Xalid Qarayevin inzibati həbsindən verdiyi şikayəti təmin etməyib. Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, məhkəmə obyetiv təhqiqat aparmayıb.

Xatırladaq ki, oktyabrın 30-da Binəqədi rayon məhkəməsi Qarayevi 296 (kiçik xuliqanlıq) və 310.1-ci (polisə tabe olmama) maddələrlə təqsirli bilərək, 25 gün müddətinə həbs edib. guya o, küçədə ünvansız və senzuradankənar söyüş söyüb.

Qarayev və həmkarları ittihamın saxta, siyasi motivli olduğundan və jurnalistin peşə fəaliyyəti və fəal vətəndaş mövqeyi ilə bağlı olduğu qənaətindədirlər. -06B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti