Avropa Məhkəməsi 3 Azərbaycanlı fəalın şikayətlərini təmin edib
Bakı/29.06.17/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün gənc fəallar Aqil Əliyev, Ramin Hacılı və mərhum Nərgiz Yaqublunun şikayətləri ilə bağlı qərarlarını açıqlayıb. Məhkəmə Azərbaycan hökumətini cərimələyib.
AİHM-nin saytında yer alan məlumata görə, bu fəallar 2013-cü ilin martında Bakı şəhərində keçirilən etiraz aksiyasında saxlanılıblar və 450-600 manat cərimə olunublar.
Şikayətçilər onların etiraz aksiyasında iştirakına müdaxilə və cərimə edilmələrinin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələri ilə təminat altına alınan hüquqlarını pozduğunu hesab edirlər. Şikayətçilər qeyd olunan maddələrin pozuntusunun tanınmasını və pozuntuların kompensasiya edilməsini istəmişdilər.
Məhkəmə hər üç şikayətə birlikdə baxıb və Konvensiyanın 6-cı (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusunu tanıyıb.
Azərbaycan hökuməti şikayətçilərin hər birinə mənəvi ziyana görə 6 min avro ödəməlidir. Maddi ziyana görə isə mərhum N.Yaqublunun işi üzrə 473, R.Hacılının işi üzrə 400, A.Əliyevin işi üzrə isə 588 avro ödənilməlidir.
AİHM-də hər üç şikayətçini hüquqşünas İntiqam Əliyev təmsil edib. -16D-
-
- Siyasət
- 29 İyun 2017 16:46
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz