Açiq mənbələrdən foto.
Avropa Parlamenti Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır
Bakı/15.03.23/Turan: Çərşənbə günü Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyan Zobkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatını səs çoxluğu ilə təsdiqləyib.
Plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozmaqda tənqid edib.
Hesabatda qeyd olunur ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Azərbaycanla enerji sektorunda əməkdaşlıq əsasında insan haqlarının və demokratiyanın əsaslarının pozulmasına göz yummamalıdır.
Deputatlar ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarına hörmətin təmin edilməsini, siyasi məhbusların azad edilməsini istəyiblər.
Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağrılır.
Deputatlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün təmasları alqışlayıb, lakin sərhəddə zorakılığın artmasından narahat olduqlarını bildiriblər.
Deputatlar humanitar öhdəliklərin yerinə yetirilməsini və vətəndaşların Laçın dəhlizi ilə sərbəst hərəkətini təmin etməyə çağırıblar.-0-
-
- Cəmiyyət
- 15 Mart 2023 18:49
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 346
Rəy yaz