AXCP sədrinin müavini 16 fevral mitinqilə bağlı polisə çağırılıb
Bakı/15.02.20/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi fevralın 15-də Abşeron Rayon Polis İdarəsinə çağırılıb.
“Məndən fevralın 16-a bir neçə siyasi partiya və təşkilatlar tərəfindən təyin olunmuş mitinqdə AXCP-nın iştirakı və partiyanın mitinqin təşkilatçı olub-olmamasını soruşdular. Mən də bildirdim ki, təşkilatçı biz olsaydıq, bunu açıq deyərdik, çünki burada gizli və qeyri-qanuni nəsə yoxdur”, - o, Turan-a bildirib.
Abşeron Rayon Polis İdarəsindən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, ReAl və Müsavat partiyaları, D18 Hərəkatı üzvlərinin mitinqi fevralın 16-ı saat 15:00-da MSK-nın binası qarşısında təyin edilib. Mitinq iştirakçıları 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz etmək niyyətindədir. Hakimiyyət aksiyaya icazə verməyib.-02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz