Azərbaycan hökuməti AİHM-nin İlkin Rüstəmzadənin işi üzrə qərarını yerinə yetirmir
Bakı/17.04.18/Turan: Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin NİDA hərəkatının fəalı İlkin Rüstəmzadənin işi üzrə qərarını yerinə yetirmir. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, qərarın yerinə yetirilməsinin və 5 ildir həbsxanada olan ərizəçiyə kompensasiya ödənilməsinin son tarixi hələ 2017-ci ilin dekabrında başa çatıb.
Amma indiyədək kompensasiya ödənilməsinə və bununla əlaqədar vəkil Avropa Şurası Nazirlər Komitəsinə şikayət yazıb.
İyulun 20-də AİHM Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.
Müdafiə tərəfi Rüstəmzadənin cinayət təqibi ilə bağlı da şikayət verib, hələlik AİHM-də həmin şikayətə baxılmayıb.
İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fleşmobunu və onun YouTube-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.
2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya 16 dekabr 2014-cü il tarixinə qədər təxirə salınıb. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib.
Rüstəmzadənin həbsindən sonra valideynlərinin səhhətində ciddi pozuntular yaranıb, onların ixtisaslı tibbi yardıma ehtiyacı var. Amma ailənin vəsaiti yoxdur. -06D-
Siyasət
-
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətə baxacaq.
-
25 dekabrda Qazaxıstanda qəzaya uğramış Azərbaycanın Embraer təyyarəsinin qara qutuları hazırda Brasiliyada beynəlxalq bir təşəbbüs çərçivəsində təhlil olunur ki, bu da 38 nəfərin həyatına son qoyan qəzanın səbəbini müəyyən etmək məqsədi daşıyır, bu barədə O Globo 2 yanvarda xəbər verib. Braziliya Hərbi Hava Qüvvələri davam edən araşdırmanın, Braziliya tədqiqatçılarından üçü də daxil olmaqla həmçinin Azərbaycan və Rusiya nümayəndələrinin də iştirak etdiyi bu araşdırmanın hələ də müəyyən bir bitmə tarixi olmadığını elan etmişdir, lakin hakimiyyətlər tez nəticələrə ümid edirlər.
-
Dekabrın 25-də Qroznı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq qismən məxfiləşdirilib. Bu barədə şənbə günü VChK OGPU teleqram kanalı məlumat yayıb.
Rəy yaz