Zakir Hasanov.

Zakir Hasanov.

Bakı/16.08.21/Turan: Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov İstanbulda keçirilən IDEF-2021 beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Türkiyəyə yola düşüb. Səfər bu ölkənin hərbi idarəsinin rəhbəri Hulusi Akarın dəvətilə baş tutub.

Həsənov sərgidə nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Səfər çərçivəsində azərbaycanlı nazirin bir sıra ikitərəfli görüşləri planlaşdırılıb.—06D-

 

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti