Açiq mənbələrdən foto.
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin mövqelərinin atəşə tutulması barədə məlumatı təkzib edib
Bakı/05.07.22/Turan: Azərbaycan Müdafiə Nazirliyi iki ölkənin sərhədində ermənilərin mövqelərinin atəşə tutulması ilə bağlı Ermənistan hərbi idarəsinin məlumatını təkzib edib.
"İyulun 4-də saat 21:15 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan- Azərbaycan sərhədinin qərb hissəsində, əsasən Vayotsdzor vilayətinin Xaçik kəndində, həmçinin kəndə gedən yol istiqamətində ermənilərin hərbi mövqelərini müxtəlif, o cümlədən iriçaplı silahlardan atəşə tutub. Nəticədə icma rəhbərinin avtomobilinə ziyan dəyib”, - bu gün Ermənistan Müdafiə Nazirliyi bildirib.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "Azərbaycan ordusunun bölmələrinin dövlət sərhədi istiqamətində qarşı tərəfin mövqelərini atəşə tutması ilə bağlı Ermənistanın yaydığı məlumat yalandır və həqiqətəuyğun deyil".
Nazirlikdən qeyd ediblər ki, Azərbaycan ordusunun bölmələri göstərilən istiqamətdə atəş açmayıb.
"Bu, erməni tərəfinin növbəti dezinformasiyasıdır", - Azərbaycan Müdafiə Nazirliyində bildiriblər. 06B
-
- Maliyyə
- 5 İyul 2022 14:28
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz