Azərbaycan növbəti Demokratiya Sammitinə dəvət olunmayıb
Vaşinqton/23.03.23/Turan: Bayden Administrasiyası 120 dünya liderinə gələn həftə keçiriləcək Demokratiya Sammitinə dəvətnamə göndərib. Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
"Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik, həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik", deyə ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski brifinqdə bildirib. Bu, Bosniya və Herseqovina, Lixtenşteyn, Kot-d'İvuar, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və Hondurasdır.
Berşinskinin sözlərinə görə, qarşıda duran sammit demokratik institutların möhkəmlənməsinə, korrupsiyaya qarşı mübarizəyə və insan hüquqlarının müdafiəsinə yönəlib.
Martın 29-da Bayden Kosta-Rika prezidenti Çaves, Niderland baş naziri Ryutte, Koreya Respublikasının prezidenti Yun və Zambiya Respublikasının prezidenti Xiçilema ilə birlikdə dünya liderlərini liderlər səviyyəsində bir sıra virtual plenar iclaslarda bir araya gətirəcəklər.
Cümə axşamı, martın 30-da hər bir hökumət öz paytaxtında xarici hökumətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə nazirlər səviyyəsində regional görüş keçirəcək.
Martın 30-da ABŞ-da keçiriləcək tədbir demokratiya üçün texnologiyaların təşviqinə həsr olunacaq.
Kosta-Rikadakı tədbir gənclərin demokratik sistemlərdə roluna; Niderlanddakı tədbir demokratiyanın ən mühüm amili olan KİV azadlığına; Cənubi Koreyadakı tədbir korrupsiyaya qarşı mübarizəyə; Zambiyadakı tədbir isə azad və ədalətli seçkilərin dəstəklənməsinə həsr olunacaq.
Bayden Administrasiyası həmçinin gələn həftə demokratiya və hüquq müdafiəsi haqqında bir sıra yeni təşəbbüsləri açıqlayacaq. Buraya azad və müstəqil KİV-lərin dəstəklənməsi, korrupsiyaya qarşı mübarizə, demokratik islahatların və hüquq müdafiəçilərinin dəstəklənməsi, azad və ədalətli seçkilərin müdafiəsi üzrə yeni və mövcud təşəbbüslər üçün 400 milyon dollardan çox vəsait ayrılması daxildir.
Azərbaycana və dəvət olunmayan digər ölkələrə gəlincə isə, Berşinskinin sözlərinə görə, Vaşinqtonun bu ölkələrin xalqlarına müraciəti açıqdır: "Dəvət olunmayan ölkələrin fəallarına demək istərdik ki, onlar bu prosesdə özünəməxsus şəkildə iştirak edirlər. Onların da demokratiya dəyərlərinin təşviqində iştirak etmək imkanı olacaq", deyə Berşinski bildirib.
Demokratiya Sammitinin mahiyyəti demokratiyaya töhfə verən bütün iştirakçıları onun dəyərlərinin daha yaxşı təşviqi üzrə öhdəliklər götürməyə vadar etməkdən ibarətdir və bu, təkcə hökumətlərlə məhdudlaşmır, deyə Berşinski qeyd edib. 0
-
- Siyasət
- 23 Mart 2023 11:01
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 183
-
- Bazarların icmalı,
- 14:22
- 189
Rəy yaz