Azərbaycan prezidenti vəzifəsinə namizədlərin sayı 17-dən 7-yə düşüb
Azərbaycan prezidenti vəzifəsinə namizədlərin sayı 17-dən 7-yə düşüb
Bakı/09.01.24/Turan: Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin qeydiyyatı üçün sənədlərin və imza vərəqələrinin (40 min seçici imzası) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti dünən başa çatıb.
Seçki kampaniyası başladıqdan etibarən MSK-ya namizədlərin irəli sürülməsi haqqında ümumilikdə 17 müraciət daxil olub. Onlar hamısı təsdiq edilib və onlara imza vərəqələri verilib.
Cəmi 7 namizəd 40 min imzanın yer aldığı sənədləri qaytarıb. Onlardan üçü - hazırkı dövlət başçısı İlham Əliyev, parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Cəbhə Partiyasının lideri Razi Nurullayev artıq rəsmi olaraq qeydiyyata alınıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Vahid Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin sənədlərinə və imza vərəqələrinə hələ MSK-da baxılır.
Yaxın günlərdə MSK namizədlərin qeydiyyata alınması və ya qeydiyyatdan imtina haqqında qərar qəbul etməlidir. 06В
-
- Dünyada
- 9 Yanvar 2024 15:01
-
- İqtisadiyyat
- 9 Yanvar 2024 15:11
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz