Açiq mənbələrdən foto.
Azərbaycan Xarici İşlər Nazirliyi: Qriqoryanın təxribatı cavabsız qalmayacaq
Bakı/03.09.22/Turan: Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri erməni tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin şərhində deyilir.
“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir”, - Azərbaycan xarici siyasət idarəsinin məlumatında qeyd olunur.
Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığına, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.
Bu, həm də rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində vurğulanır.
“Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addım cavabsız qalmayacaq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 06В
Siyasət
-
Paşinyan və Putin razılaşıblar ki, 2025-ci il yanvarın 1-dən Ermənistan və İran arasında keçid məntəqəsi yalnız erməni sərhədçiləri tərəfindən qorunacaq. Bu barədə oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub, bunu Paşınyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
-
Dövlət Departamentinin sözçüsü çərşənbə axşamı TURANın Vaşinqton müxbirinə rəsmi Bakının ABŞ və Qərbi düşməni kimi qələmə verməsi ilə bağlı sualına cavabında deyib: "Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir".
-
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq, daha sonra estafet erməni Mehrisinə, ondan sonra isə Belarusun Molodeçno şəhərinə keçəcək. Bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Moskvada MDB sammitində deyib.
-
Bugünkü təkbətək görüşlərdə Rusiya prezidenti Vladimir Putin İlham əliyev və Nikol Paşyanla yarım saata yaxın söhbət edib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rəy yaz