Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/08.11.23/Turan:  “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

“XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”, - deyə Azərbaycan Prezidenti bildirib.

O vurğulayıb ki, Azərbaycana yeni müharibə lazım deyil. “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”, - deyə Azərbaycan Prezidenti qeyd edib.—06D-

*   *   *

2023 Noyabr 08 (Çərşənbə) 15:57:31

Xankəndində Azərbaycan SQ-nin hərbi paradı keçirilib

Bakı/08.11.23/Turan: Noyabrın 8-də, Şuşa şəhərinin azad olunduğu gün və İkinci Qarabağ müharibəsinin başa çatmasının üçüncü ildönümü münasibətilə Xankəndində Azərbaycan SQ-nin hərbi paradı keçirilib.

Azərbaycanın müxtəlif qoşun növlərinin bölmələri şəhərin baş meydanından təntənəli keçid edib.

Eyni zamanda, hərbi əməliyyatlar zamanı ermənilərdən götürülmüş hərbi texnika nümayiş olunub.

Hərbiçilər qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev deyib ki, bu gün Azərbaycan ədalətin bərpa olunmasını və öz torpaqlarının işğaldan azad olunmasını bayram edir.

Müzəffər Azərbaycan ordusu üç il əvvəl işğalçıları qovub və xalqın öz doğma yurduna qayıtmaq arzusunu həyata keçirib.

Qisas arzusunda olanlar unutmamalıdır ki, dəmir yumruq yerindədir və lazım gələrsə, o, yenə işğalçıların başını əzəcək, deyə Əliyev qeyd edib. 0

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti