Azərbaycanda Soyqırım günü qeyd olunur
Bakı/31.03.19/Turan: Bu gün Azərbaycanda azərbaycanlıların soyqırımı günü qeyd olunur. 1918-ci il martın 31-də Bakıda "Daşnaksütyun" Partiyasının (Ermənistanın "Daşnaksütyun" inqilabçı federasiyası) birləşmələri Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutublar. Əks-inqilaba qarşı mübarizə bəhanəsilə dinc Azərbaycan əhalisinin məhvinə başlanılıb. Bu zaman hətta gəmi artilleriyasından da istifadə olunub. Bu vəhşi aksiya nəticəsində 12 minə yaxın insan həlak olub.
Bakıda qarışıqlıqlar martın 30-dan aprelin 2-dək davam edib. Bu vaxt ərzində Bakıda və ona bitişik yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib.
Şəhərin müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edib. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan idi. Bakı qəzasında (Bakı quberniyasının şərq hissəsi) etnik təmizləmələrdən sonra dinc əhalinin qırılması Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər raoynlarında da davam etdirilib.
Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də İslam ordusunun gəlişindən sonra bərpa edilib.
1918-ci ilin mart-aprel hadisələri xalqın faciəvi tarixinin səhifələrindən yalnız biridir. XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımın qurbanı olub və deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti sovet hakimiyyəti illərində də davam edib. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir. Həmin vaxt erməni təcavüzü nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib və yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib.-0-
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
-
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı bu gün saat 16:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə o, Facebook-da yazıb.
-
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi publik hüquqi şəxsin mülki müdafiə qərargahının rəisi, hərbi ekspert Ədalət Verdiyev həbs edilib.
-
Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsinin 4 ay uzadılması barədə şikayətə baxıb.
Rəy yaz