Кястутис Янкаускас
Bakı ATƏT DTİHB-i seçkilərə dəvət edib � Aİ missiyasının başçısı
Bakı/16.02.18/Turan: Avropa İttifaqı Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təcrübəsinə və standartlarına əsaslanacaq.
Bu barədə cümə günü Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kyastutis Yankauskas jurnalistlərə bildirib.
O xatırladıb ki, fevralın 9-da Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclası keçirilib, burada Azərbaycanı XİN başçısı Elmar Məmmədyarov, Aİ-ni isə xarici siyasət üzrə ali komissar Federika Mogerini təmsil edib.
"Görüşdə prezident seçkiləri əsas məsələlərdən biri olub.
Xanım Mogerini çox aydın şəkildə bildirib ki, Aİ növbədənkənar prezident seçkilərinin açıq və demokratik olacağına ümid edir", deyə səfir bildirib.
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatları dəvət edib.
"Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara dəvətnamələr göndərib. Buna görə Aİ dəvət almayıb.
Aİ həmişə ATƏT-in və ATƏT DTİHB-nin təcrübəsinə əsaslanır. Bilirəm ki, ATƏT DTİHB-yə dəvətnamə artıq daxil olub və hazırda ona baxılır. Onlar bütün detalları qiymətləndirməlidirlər", deyə Yankauskas qeyd edib. -71D-
-
- Siyasət
- 16 Fevral 2018 13:21
-
- İqtisadiyyat
- 16 Fevral 2018 13:56
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz