Bakı meriyası Milli Şuranın Bayıl qəsəbəsində mitinq keçirməsinə icazə verib

Bakı meriyası Milli Şuranın avqustun 18-də saat 17:00-dan 20:00-dək Bayıl qəsəbəsində sürücülük məktəbinin qarşısında mitinq keçirməsinə icazə verib. Bu barədə avqustun 16-da meriyadan Milli Şuraya daxil olan cavabda bildirilir. 

Ötən gün siyasi partiya və ictimai təşkilatların fəalları aksiyaya hazırlıq məsələlərini müzakirə etmək məqsədilə iclas keçiriblər.

Xatırladaq ki, mitinq seçkilərin keçirilməsi üçün demokratik şəraitin təmin olunması və siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək.-03D-    

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti