Bakı şəhər icra hakimiyyəti müxalifətin şənbə mitinqinə razılıq verib
Bakı/20.09.17/Turan: Bakı şəhər icra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də "Məhsul" stadionunda mitinq keçirmək barədə bildirişinə müsbət cavab verib. Aksiyanın 23 sentyabr saat 15.00-dan 17.00-a qədər "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulub.
Bir müddət əvvəl Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib ki, aksiya "landromat" qalmaqalı ilə əlaqədar keçirilir. Söhbət OCCRP beynəlxalq jurnalist araşdırma şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması və lobbiçilik fəaliyyətinin dəstəklənməsi məqsədilə 2,9 mlrd. dollar çıxarılmasını aşkar etməsindən gedir.
DQMŞ Baş Prokurorluqdan korrupsiya yolu ilə əldə olunmuş və ölkədən çıxarılmış vəsaitlə bağlı cinayət işi açmağı tələb edir.
DQMŞ-nin mitinqində ölkədən qanunsuz yolla çıxarılmış pulların qaytarılması, təqsirli şəxslərin cəzalandırılması tələbləri irəli sürüləcək.
Qeyd edək ki, rəsmi Bakının nümayəndələri OCCRP-nin araşdırmasında irəli sürülən iddiaları təkzib ediblər və bunu Azərbaycana düşmən qüvvələrin növbəti təxribatı adlandırıblar. -03D06-
-
- İqtisadiyyat
- 20 Sentyabr 2017 14:39
-
- Cəmiyyət
- 20 Sentyabr 2017 20:19
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz