Bakıda koronavirus xəstələri üçün ilk modul tipli xəstəxana açılıb
Bakı/07.05.20/Turan: Mayın 7-də Bakıda koronavirus xəstələri üçün ilk modul tipli xəstəxananın açılışı olub. Mərasimdə dövlət başçısı iştirak edib.
3 min kv.m. sahəsi olan kompleks 1 saylı Klinik Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Xəstəxana 3 korpusdan ibarətdir, 100 palatada 200 çarpayı yeri var. Kompleks zəruri tibbi avadanlıqla təchiz edilib, bu barədə rəsmi məlumatda deyilir.
Yayın ortalarına qədər ölkənin rayonlarında 8, Bakıda isə daha bir belə modul tipli xəstəxana təhvil veriləcək. Bütün bu xəstəxanalar mövcud xəstəxanaların yaxınlığında tikiləcək. -02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz