Açiq mənbələrdən foto.
Berd rayonunda Rusiya Silahlı Qüvvələrinin bazası olacaq?
Bakı/05.07.22/Turan: Artıq bir aydır ki, Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodromun ərazisində hərbi baza tikilir, "Azadlıq" radiosunun Ermənistan xidməti bildirib.
İyunun 17-də Ermənistan hökuməti "Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiya məntəqələri haqqında" protokol imzalayıb.
Yerli sakinlərin fikrincə, həmin yerdə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət bölmə yerləşəcək. Tikinti rəhbərləri arasında Rusiya hərbçilərinin olması bunun dolayısı ilə təsdiqidir.
Ermənistan Müdafiə Nazirliyi tikilməkdə olan obyektin xarakteri, hərbçilərin sayı və obyektin təyinatı barədə məlumat vermir.
Ayqepar kəndi Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşir.
Erməni əhali ümid edir ki, Rusiya hərbçilərinin olması onların təhlükəsizliyinə zəmanət verir. 02D
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz