Photo: TURAN.az
Bidzina İvanişvili: �2020-ci ildə Gürcüstan parlamentinə seçkilər proporsional sistem üzrə keçiriləcək�
Bakı/24.06.19/Turan: 2020-ci ildə Gürcüstan parlamentinə seçkilər proporsional sistem üzrə sıfır seçki baryeri ilə keçiriləcək Bu barədə hakim Gürcü Arzusu Pariyasının lidri Bidzina İvanişvili bu gün Tbilisidə keçirilən brifinqdə bildirib.
Beləliklə, hakimiyyət müxalifətin tələblərini nəzərə alıb. Son vaxtlar müxalifət proporsional sistemə keçidi, yəni parlamentə deputat seçkisinin ancaq partiya siyahıları üzrə olmasını tələb edirdi.
İyunun 13-də 20 müxalifət partiyasının təmsilçiləri 2020-ci ildən proporsional seçki sisteminə keçid, yəni yaxın parlament seçkisində deputatların majoritar sistem üzrə seçkisinin ləğvi tələbilə 300 min imzanı Gürcüstan parlamentinə təqdim ediblər. Bundan öncə isə hakim partiya bildirmişdi ki, bu tələbə baxmaq niyyətində deyil.
İyunun 20-də Tbilisidə iğtişaşlar başladıqdan sonra hər gün Gürcüstan parlamentinin yaxınlığında keçirilən çoxminlik etiraz aksiyalarında proporsional sistemə keçid tələbi səslənir.
Müşahidəçilər bildirirlər ki, çətin ki bu qərar hökumətin istefasını və parlamentə növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçıları sakitləşdirsin.-02D-
-
- İqtisadiyyat
- 24 İyun 2019 11:23
Siyasət
-
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi publik hüquqi şəxsin mülki müdafiə qərargahının rəisi, hərbi ekspert Ədalət Verdiyev həbs edilib.
-
Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsinin 4 ay uzadılması barədə şikayətə baxıb.
-
"Gürcüstanda qara bazar ertəsi: polis və xüsusi təyinatlıların qoruduqları qapıların arxasında “Gürcü Arzusunun kölələri" bizim Konstitusiyamızı məhv edir və parlamentimizi təhqir edirlər". Bazar ertəsi Gürcüstan prezidenti Salome Zurabişvili müxalifəti tanımayan yeni çağırış parlamenti belə şərh edib.
-
Gürcüstanlı tanınmış fəal Samirə Bayramovanı Yerevanda təyyarədən buraxmayıblar. O, WAW aviaşirkətinin reysilə Tbilisiyə uçurmuş, lakin pis hava şəraitinə görə təyyarə Yerevana məcburi eniş edib.
COP29 bitdi. Geriyə nə qaldı? – Fuad Həsənov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:41
- 276
-
- İqtisadiyyat,
- 13:04
- 312
Rəy yaz