Britaniyalı deputat Londonu Əfqan Muxtarlının işinə reaksiya verməyə çağırıb
Bakı/04.12.17/Turan: Britaniya parlamentinin üzvü Piter Bottomli Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinə reaksiya vermək çağırışı ilə hökumətə müraciət edib.
"Xarici işlər və Birlik işləri üzrə dövlət katibini rəsmi Bakı nümayəndələrinə araşdırmaçı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı narahatlığını ifadə etməyə çağırıram", deyə deputatın bəyanatında bildirilir.
Rəsmi London Bakını mayın 29-da Tbilisidə oğurlandığı və zorla Azərbaycana gətirildiyi bildirilən Muxtarlının işi üzrə ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırmalıdır.
Deputat həmçinin rəsmi Londonu müstəqil jurnalistikanın rolunu və əhəmiyyətini Azərbaycan hakimiyyətinə izah etməyə çağırıb. -16D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz