Çexiyanın yeni səfiri Azərbaycan XİN başçısına etimadnaməsinin surətini təqdim edib
Bakı/10.09.18/Turan: Çexiyanın Azərbaycanda yeni səfiri Milan Ekert bu gün etimadnaməsinin surətini XİN başçısı Elmar Məmmədyarova təqdim edib.
Söhbət zamanı səfir Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibələrinin inkişafı üçün səylə çalışacağını qeyd edib.
Səfir bildirib ki, Azərbaycan regionda Çexiyanın strateji və etibarlı tərəfdaşıdır.
Söhbət zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. İqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edilib. -06D-
-
- İqtisadiyyat
- 10 Sentyabr 2018 16:41
-
- Siyasət
- 10 Sentyabr 2018 17:47
Siyasət
-
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın silah almaqdan imtina etməsilə bağlı prezident İlham Əliyevin tələbini rədd edib.
-
Yanvarın 8-də İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Əhmədian İranın ali lideri əli Xamenei və prezident Məsud Pezeşkianın salamlarını əliyevə çatdırıb.
-
Yanvarın 8-də Səbail Rayon Məhkəməsində “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclas zamanı Orucovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldırıblar. Lakin vəsatət təmin edilməyib.
-
Yanvarın 8-də dövlət basçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti bildirib. O, AZAL-ın təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvar olduğunu bildirib.
Rəy yaz