Paşinyan Qarabağla bağlı danışıqların olmayacağına eyham edir
Moskva/10.09.18/Turan: Ermənistan Qarabağ münaqişəsi həll olunana qədər Azərbaycanın KTMT-yə daxil olmasına qarşıdır. Bu barədə "Kommersant" qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, həmçinin bildirib ki, Bakı əhalini daxili problemlərdən yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir və buna görə müharibə ilə hədələyir. Müharibə başlasa, Ermənistan Azərbaycanı dəf etmək üçün əlindən gələni edəcək, deyə o bildirib.
"Azərbaycan təxribat əməliyyatlarına başlamaq üçün Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə nail ola biləcəyinə ümid edir. Amma, gördüyünüz kimi, hamımız Ermənistan və Rusiyanın münasibətlərində qlobal siyasi problemlərin olmadığından və olmayacağından əmin olduq, düşünürəm ki, Azərbaycanın bu ssenarisi sadəcə olaraq uğursuzluğa düçar oldu. Problem ondadır ki, Azərbaycan prezidenti Ermənistanda baş verən demokratik proseslərin Azərbaycana keçə biləcəyindən ehtiyatlanır və Qarabağda, Qarabağla təmas xəttində hansısa təxribatlar vasitəsilə vəziyyəti gərginləşdirməklə, öz vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq və hazırda mövcud olan daxili siyasi problemə qarşı birtəhər qalib gəlmək istəyir".
" Hamımız münaqişənin real olaraq sülh yolu ilə həllinə şərait yaratmağa çalışmalıyıq. Ermənistan bu yoldan getməlidir, amma Azərbaycan bilməlidir ki, Ermənistanla hədə yolu ilə danışmaq olmaz", deyə o, sözünə davam edib.
Paşinyan Qarabağın adından danışıqlar aparmayacağı tezisini təkrar edib.
"Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması proseslərində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökuməti, öz prezidenti var. Qarabağı bu xalqı təmsil etmək mandatı olan legitim nümayəndə təmsil etməlidir. Bu, o demək deyil ki, biz danışıqlardan imtina edirik, biz istənilən zaman danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir", deyə o bildirib. -02D-
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi jurnalist Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçib.
-
2025-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü tamam olur. Bununla əlaqədar Ukraynanın Bakıdakı səfiri Pavel Qusev facebook səhifəsində məqalə dərc edib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 186
Rəy yaz